Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Bunsuz sülh olmayacaq!”

“Bunsuz sülh olmayacaq!”


Bu gün, 08:12
“Bunsuz sülh olmayacaq!”
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında, qanunvericilik aktlarında ərazi iddiaları ilə bağlı müddəaların ortadan qaldırılması vacibdir”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. O, bildirib ki, yalnız bundan sonra etibarlı və uzunmüddətli sülh üçün müəyən zəmin formalaşa bilər:

“Ermənistan öncə öz qanunvericiliyində lazımi dəyişikliklər etməli, özgə torpaqlara göz dikməktən imtina etməlidir. Yalınız bundan sonra, yəni öz səhvini etiraf etdikdən sonra İrəvan alnı açıq şəkilkdə sülh danışıqlarında iştirak edə bilər. Məhz bu prosesdən sonra sülh sazişinin imzalanması, tərəflərin öz üzərlərinə məsuliyyət götürməsi mümkündür. Hələ ki, bu yoxdur. Buna görə də, Azərbaycan haqlı olaraq yarımçıq, qondarma, müvəqqəti razılaşmalara getmir və bu yanaşmada tamamilə haqlıdır”.
Geri qayıt