Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilibDünən, 17:26 |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib. Banker.az xəbər verir ki, yeni təyin edilən müşavir Elvin Məmmədovdur. Elvin Məmmədov 2022-ci ilin avqustundan indiyə kimi Cyberpoint şirkətində Maliyyə departamentinin rəhbəri, 2019-2022-ci illərdə isə “Yalama Agropark” MMC-də baş maliyyə inzibatçısı kimi çalışıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində həm Beynəlxalq Biznes/Ticarət/Kommersiya üzrə bakalavr dərəcəsinə, həm də mühasibat və maliyyə üzrə isə magistr dərəcəsinə yiyələnib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb. Geri qayıt |