Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ
Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİBu gün, 11:36 |
Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib. "DİA-AZ" xəbər verir ki, məlumatı "qafqazinfo" saytı yayıb. Məlumata görə, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. General-leytenantın yerinə hələ ki, təyinat yoxdur. Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib. Geri qayıt |