Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır!

Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır!


Bu gün, 10:33
Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır!
Tamaşaçılar arasında kifayət qədər populyarlıq qazanan "Komedixana"nı son illərin ən uğurlu layihələrindən biri hesab etmək olar. Bir çox hallarda cəmiyyəti narahat edən aktual problemləri yumoristik üslubda tamaşaçıya çatdıran komedixanaçılar həm güldürməyi, həm də düşündürməyi bacarırlar.

Dekabrın 16-da Komedixana komandası Heydər Əliyev sarayında "KomediMən" adlı konsert proqramı təqdim etdilər. Proqramın bilet qiymətləri orta statistik azərbaycanlı üçün elə də cazibədar deyildi. Konsertə baxmaq istəyənlər 20 manatdan 200 manata qədər olan qiymətlərə bilet almalıydılar ki,bu da üəpiyi-qəpiyə calayıb syın sonunu gətirənlər üçün heç də komik sayıls bilməz.
Konsertin ədəbi-bədii,satirik-komik mıziyyətlərindən bəhs etmək istəmirik. Komedixanaçıların komedisi qalsın bir kənara, biz sizə Respublika sarayının komediyasından danışmaq istəyirik. Səhnədə özünə əl qatan artistlərin saraydakı komediyadan xəbərləri olsaydı,yəqin ki, konserti dayandırıb üstündən də bir stəkan su içərdilər. Amma təbii ki,içə bilsəydilər...
Nədən ki, Respublika sarayında 40 qəpiklik suyu tamaşaçıya 3 manata sırıyırlar. Bəli-bəli,məhz sırıyırlar. Çünki, heç bir ticari əxlaqa sığmayan bu hərəkətə başqa ad vermək olmaz. Heç Bolşoy teatrda, Royal Albert sarayında, La Skalada belə haqq-hesab olmaz. Özünü qızmar yay günlərində olduğu kimi İstanbulun küçələrində ,Londonun əzəmətli teatrlarında hiss edirsən, içdiyin suyun müqəddəslər tərəfindən dualandığına inanırsan,hər qurtumu içdikcə mənəvi-ruhi saflaşdığını hiss edirsən. Ta o vaxta qədər ki,həmin suyun məhəllə marketində 40 qəpiyə satıldığını yadına salanacan.
Bu nə təfəkkürdü,deşüncə tərzidir? Talançılığ da belə olmaz, oğurluqdursa da bir əxlaqı olmalıdır. Ölkənin bir nömrəli sarayı nədən özüne toyxana kimi aparır ? Utandırıcıdır,daha səhnədə komediya oynamağa nə ehtiyac vardı ki,elə bufetdə tragikomediya oynanılırdı də...
Nizami demişkən:

Bir inci saflığı olsa da suda,
Baha satılanda dad verir o da...


Nicat Mahmudov
Rubrika. az

P.S. Söhbət 3 manatdan getmir e, söhbət tamaşaçıya "vnimatelni" olmaqdan gedir.

Geri qayıt