Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Naxçıvanda İSX-nin direktoru cərimələndi iş məhkəməlik oldu
Naxçıvanda İSX-nin direktoru cərimələndi iş məhkəməlik olduDünən, 16:54 |
Naxçıvan Muxtar Respublikası (MR) İctimai Səhiyyə Xidmətinin (İSX) direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şeyda Şıxəliyeva inzibati məsuliyyətə cəlb edilib. Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Şeyda Şıxəliyevaya İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə cərimə yazıb. İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması barədədir. Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 500 manat, vəzifəli şəxslərin 1500 manat, hüquqi şəxslərin isə 5000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Şeyda Şıxəliyeva dövlət qurumunun qərarı ilə razılaşmayaraq şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Onun şikayətinə Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. Gülnar Səfərəliyeva iş üzrə hakim təyin edilib. Biologiya üzrə fəlsəfə doktoru olan Şeyda Şıxəliyeva cari ilin may ayında Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin direktor müavini vəzifəsinə təyinat alıb. Az sonara direktorun vəzifəsinin icrası da ona həvalə edilib. Geri qayıt |