Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sülh uğrunda DAVAMIZ...
Sülh uğrunda DAVAMIZ...Dünən, 15:17 |
"Cənubi Qafqaz regionunda sülhə ümid var. Biz Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasının son mərhələsindəyik. Ölkəmiz ikitərəfli danışıqları dəstəkləyir". Bu açıqlama ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib. Xarici İşlər Nazirliyinin rəhbəri Böyük Millət Məclisinə verdiyi hesabatda bildirib: "Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanmasında yekun mərhələ başlanıb"- bu sözləri rusiyalı ermənipərəst politoloq Sergey Markedonov yazıb. Bəs görəsən Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin müzakirəsində hansı irəliləyişlər var? Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az – a açıqlama verib: "Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə qarşı olan qüvvələr var. Bu gün Ermənistanı silahlandıranlar, Cənubi Qafqazla bağlı təhlükəli oynayanlar istəmirlər ki, iki ölkə arasında normal dövlətlərarası münasibət formalaşsın. Lakin bütün bunlara baxmayaraq Azərbaycanın davamlı səyləri nəticəsində biz bu gün Ermənistanla sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Təbii ki, arada müəyyən anlaşılmazlıqlar var. Özəlliklə Ermənistan konsitusiyasında bizə qarşı hələ də ərazi iddialarının olması və Nikol Paşinyanın həmin iddialara dəyişiklik edilməsi ilə bağlı Azərbaycan tərəfindən edilən çağırışlara adekvat reaksiya verə bilməməsi sülh məsələsini çətin situasiyaya salır. Amma bütün bunlara baxmayaq mən hesab edirəm ki, xeyli irəliləyişlər əldə edilib, böyük addımlar atılıb. Xaricdən Ermənistana edilən bütün təzyiqlərə, Cənubi Qafqazı provikasiya məkanına çevirməyə çalışan bütün qüvvələrə baxmayaraq iki ölkə arasında yeni sülh müqaviləsinin əldə edilməsi üçün ortada ciddi nəticələr var. Maddələrin bir çoxunda dəyişikliklər edilib". Geri qayıt |