Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İşdən çıxarılan rəis müavini Ali Məclisi məhkəməyə verdi

İşdən çıxarılan rəis müavini Ali Məclisi məhkəməyə verdi


Dünən, 12:33
İşdən çıxarılan rəis müavini Ali Məclisi məhkəməyə verdi
Bir neçə gün əvvəl işdən çıxarılan Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin sabiq rəis müavini Nihad Məhəmmədzadə Naxçıvan MR Ali Məclisini məhkəməyə verib.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsinə müraciət edən N.Məhəmmədzadə əmək mübahisələri çərçivəsində işə bərpa edilməsini tələb edib.

O, işdən çıxarılmasını qanunsuz hesab etdiyini bildirib.

Müraciətə hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq, məhkəmə iclasının tarixi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, N.Məhəmmədzadə 2 dekabr 2024-cü ildə vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb. O, Ali Məclis sədrinin 14 iyul 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdi.

N.Məhəmmədzadənin məhkəməyə müraciəti ilə bağlı ilk məlumatı TNS.az saytı yayıb.

Geri qayıt