Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Əli Həsənovun keçmiş köməkçisi dövlət qurumunu məhkəməyə verdi
Əli Həsənovun keçmiş köməkçisi dövlət qurumunu məhkəməyə verdi14-12-2024, 15:14 |
"Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Mehman Qədimbəyli Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib. Qaynarinfo-nun məlumatına görə, tərəflər arasında torpaq münasibətlərinə dair mübahisə yaranıb. Lakin işin təfərrüatları bəlli deyil. Mehman Qədimbəylinin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Səlma Salahova iş üzrə hakim təyin edilib. Mehman Qədimbəyli Prezident Adminstrasiyasının ləğv edilmiş ictimiai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun köməkçisi olub. Bundan başqa, ötən il Türkiyədə həbs edilən azərbaycanlı "tiktoker”lərin siyahısında onun da adı keçirdi. Geri qayıt |