Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Tiflis Bakı ilə hansı dildə danışacaq?..

Tiflis Bakı ilə hansı dildə danışacaq?..


14-12-2024, 15:09
Tiflis Bakı ilə hansı dildə danışacaq?..
“Azərbaycan-Gürcüstan münasibətləri öz axarında davam edəcək”.

Bunu politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində “Gürcü Arzusu” partiyası tərəfindən irəli sürülən, Gürcüstanın futbol üzrə milli komandasının sabiq hücumçusu, Gürcüstan parlamentinin üç çağırış deputatı Mixail Kavelaşvilinin prezident seçiləcəyi təqdirdə onun Azərbaycan-Gürcüstan münasibətlərinə nə dərəcədə töhfə verəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan münasibətlərində ciddi bir dəyişiklik olmayacaq:

“Gürcüstanda budəfəki prezident seçkiləri əvvəlki seçkilərdən fərqlənir. Belə ki, Gürcüstanda əvvəl dövlət başçısı ümumxalq səsvermə ilə seçilirdi. Amma hazırda vəziyyət tam dəyişib. Bu ilin oktyabrın 26-da keçirilən parlament seçilərində hakim “Gürcü Arzusu” partiyası qələbə qazandıqdan sonra müxalifət seçkilərin nəticələrini tanımadığını bəyan etdi.

Vaxtilə “Gürcü Arzusu” tərəfindən dəstəklənən Salome Zurabişvili də seçkilərin nəticələrini tanımadığını bəyan edib və müxalifətin etirazlarına qoşulub.

“Gürcü Arzusu” partiyası tərəfindən irəli sürülən, keçmiş furbolçu Mixail Kavelaşvili gürcü cəmiyyətində tanınmış, eyni zamanda xüsusi siyasi iddiaları və xarizmatik keyfiyyətə malik olmayan bir şəxsdir. Belə olan hada o, hökumətə heç bir problem yaratmayacaq. Hakim partiyanın əsas strateji məhz budur.

O ki qaldı yeni prezidentin Azərbaycan-Gürcüstan münasibətlərinə nə təsir bağışlayacayına, təbii ki, Mixail Kavelaşvili də Gürcüstanın digər dövlət xadimləri kimi iki dövlət arasında ikitərəfli münasibətlərə xüsusi töhfə verəcək. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı öz axırında davam edəcək”.

Geri qayıt