Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nazir Nicat Əliyevi vəzifədən azad etdi

Nazir Nicat Əliyevi vəzifədən azad etdi


14-12-2024, 14:51
Nazir Nicat Əliyevi vəzifədən azad etdi
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) rəisi Nicat Əliyev vəzifəsindən azad edilib.

"DİA-AZ" Qaynarinfo.az-istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Murad Paşayev təyin olunub.

Qeyd edək ki, Nicat Əliyev 2022-ci ilin noyabr ayında sözügedən vəzifəyə təyin edilib. Nicat Əliyev həmçinin Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb.

Geri qayıt