Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "İnsan haqqdan doğan bir nur parçasıdır..."
"İnsan haqqdan doğan bir nur parçasıdır..."10-12-2024, 16:49 |
"İnsan haqqdan doğan bir nur parçasıdır. Hüquqlarınızı bilin və onu qoruyun..." "DİA-AZ" bildirir ki, bunu Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı paylaşımında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib. hüquq müdafiəçisi daha sonr aəlavə edib: "1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilmişdir. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur. Müasir dünyada insan hüquqları daha geniş bir anlayışdır və əsasən aşağıdakıları əhatə edir: Siyasi hüquq Azadlıq hüququ, əsassız həbsdən azadlıq,Təhqiredici rəftar və işgəncədən azadlıq, Fikir azadlığı, Din azadlığı, İfadə azadlığı, Toplaşmaq azadlığı, Şəxsin təhlükəsizlik hüququ, Birləşmək azadlığı , Diskriminasiyaya məruz qalmama Əmək; - İşləmək hüququ , Əlverişli şəraitdə işləmək hüququ , Ədalətli mükafatlandırılma hüququ, İstismar edici əməkdən azadlıq ,Uşaq əməyi, Məcburi əməkdən azadlıq , Bərabər əməyə görə bərabər ödəniş, Həmkarlar İttifaqına aid olmaq hüququ, Tətil hüququ Rifah /Sosial/Ətraf mühit/: Yaşamaq hüququ, Sağlamlıq hüququ, Yetərli su təminatı hüququ,Təmiz ətraf mühit hüququ, Yetərli həyat standartı hüququ, Yemək hüququ, Təhsil hüququ, Mənzil hüququ, İcmanın mədəni həyatında iştirak hüququ,Yaşamaq azadlığı..." Geri qayıt |