Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Xalq Həyat”ın rəhbərliyində dəyişiklik olub
“Xalq Həyat”ın rəhbərliyində dəyişiklik olub10-12-2024, 10:40 |
“Xalq Həyat” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsindən ayrılıb və Direktorlar Şurasına yeni üzv seçilib. Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Günay Paşa Tanrıverdi qızı Direktorlar Şurasına üzv seçilib Günay Paşa 2007-ci ildən “Xalq Sığorta” ASC Şirkətində çalışır. O, cari ilin fevralından “Xalq Həyat”ın Audit Komitəsinə sədrlik edir. Digər qərara əsasən, Direktorlar Şurasının sədri Xəzər Bağırlı Arif oğlu vəzifəsindən azad edilib. Xatırladaq ki, “Xalq Həyat Sığorta” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% “Xalq Sığorta” ASC-yə məxsusdur. Geri qayıt |