Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan tərk edənlər təhlükəsiz həyat üçün...
Ermənistan tərk edənlər təhlükəsiz həyat üçün...Dünən, 15:23 |
Baş nazir Nikol Paşinyan Ermənistan vətəndaşlarının 90-cı illərdən başlayaraq ölkəni region dövlətləri ilə mövcud münaqişələrə görə tərk etdiklərini deyib. Paşinyan “region ölkələri” dedikdə Azərbaycan və Türkiyəni nəzərdə tutub. Paşinyanın fikrincə, hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması səbəblərini göstərərək ölkəni tərk edənlər maksimum 20 faiz təşkil edib, qalanları, yəni 80 faiz təhlükəsizlik səbəbindən yaşayış yerini dəyişib. Belə olan halda məntiqi sual yaranır: ermənilər Ermənistanı Azərbaycan və Türkiyə ilə gərgin münasibətlərinə görə tərk ediblərsə, niyə eyni zamanda Azərbaycan torpaqlarının işğalı siyasətini dəstəkləyiblər? Axı onlar heç yerdə deməyiblər ki, “işğala son qoymasaq Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmayacaq”. Əksinə getdikləri ölkədə erməni diasporuna qoşularaq Azərbaycan və Türkiyə əleyhinə şüarlar səsləndirib, etirazlara qatılıblar. Bəlkə də Paşinyanın söylədiyi kimi, Ermənistan tərk edənlər təhlükəsiz həyat üçün başqa ölkələri seçiblər, ancaq bu onların Azərbaycan və Türkiyə ilə sülhə və əməkdaşlığa üstünlük verdikləri anlamına gəlmir. Elxan Şahinoğlu - "DİA-AZ" Geri qayıt |