Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “PashaPay”in İdarə Heyətinə təyinat olub
“PashaPay”in İdarə Heyətinə təyinat olub3-12-2024, 09:24 |
“MilliÖn” və “m10” əmtəə nişanları ilə bazarda fəaliyyətdə olan “PashaPay” MMC-nin İdarə Heyətinə təyinat olub. Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Eqor Petrov İdarə Heyətinə üzv seçilib. Eqor Petrov bundan öncə Rusiya Federasiyasında çalışıb. Bununla da, sədrlə bərabər ümumi İdarə Heyətinin üzvlərinin sayı dördə yüksəlib. İdarə Heyətinin strukturu: Samir Məmmədov Sabir oğlu – sədr Cəmil Abdullayev İlyas oğlu -üzv Pünhan Nərimanov İlham oğlu – üzv Eqor Petrov – üzv Xatırladaq ki, “PashaPay” MMC 2005-ci ildə yaradılıb və hazırda 40 022 000 manat nizamnamə kapitalı var. Şirkət cari ildə elektron pul təşkilatı kimi Mərkəzi Bankdan lisenziya əldə edib. Geri qayıt |