Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Son 2 ayda Azərbaycanın valyuta ehtiyatları 828 milyon dollar azalıb
Son 2 ayda Azərbaycanın valyuta ehtiyatları 828 milyon dollar azalıb2-12-2024, 16:12 |
Bu ilin noyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 403,9 milyon dollar və ya 3,5% azalaraq 10 milyard 967,8 milyon dollara düşüb. Yeniavaz.com xəbər verir ki, son 2 aydır valyuta ehtiyatları davamlı olaraq azalır. Belə ki, bu ilin oktyabr ayında valyuta ehtiyatları 424,1 milyon dollar və ya 3,6% azalıb. Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar. Geri qayıt |