Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Səttar Möhbaliyevin daha bir adamı istefa verdi

Səttar Möhbaliyevin daha bir adamı istefa verdi


2-12-2024, 11:40
Səttar Möhbaliyevin daha bir adamı istefa verdi
"Kənd-Qida-İş" Federasiyasının sədrli Tofiq Quliyev istefa verib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyində olan "Kənd-Qida-İş" Federasiyasının sədri Tofiq Quliyev istefa verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, ərizə ilə AHİK sədri Sahib Məmmədova müraciət ünvanlayıb.

T.Quliyev müraciətində 27 ildir, bu vəzifədə çalışmasına, 75 yaşının olmasına, kadrlar yenilənməsinin vacibliyinə toxunub.

Qeyd: Bundan öncə isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov işdən çıxıb.

Xatırlatma 2024-cü ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə iqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. Daha sonra S.Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən, qızı Lalə Möhbalıyeva Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin katibi vəzifəsindən azad edilib. Bundan başqa, AHİK-in 11 avtomobili keçmiş sədrin qohumlarından geri alınıb.

Geri qayıt