Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaqBu gün, 09:48 |
“Rusiya Qərb ölkələri ilə əsl hərbi qarşıdurmaya hazırlaşmağa davam edir. Lakin bundan əvvəl Şimali Atlantika Alyansının (NATO) üzvləri arasında parçalanma yaratmağa cəhd edə bilər”. Bunu Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) prezidenti Bruno Kahl deyib. “Cebheinfo.az”-ın DW-yaistinadən məlumatına görə, Rusiya Federasiyasının tammiqyaslı hücumundan əvvəl NATO nizamnaməsinin gücünü yoxlamaq üçün yerli əməliyyatlar aparılacaq. “Məsələ ondadır ki, Moskva müdafiə alyansının nizamnaməsinin 5-ci maddəsində təsbit olunmuş NATO üzvlərinə birbaşa hərbi yardım göstərmək öhdəliklərini pozmağa çalışacaq. Yüksək rütbəli rusiyalı məmurlar NATO ölkələrindən biri üçün alyansın digər üzvlərinin “müvafiq reaksiya verməyəcəyi” “fövqəladə vəziyyət” yaratmağı düşünürlər”, - Kahl vəziyyəti izah edib. Nümunə olaraq, BND rəhbəri Norveçin Şpitsbergen arxipelaqına “ərazilərin təmizlənməsi” məqsədilə mümkün “qısamüddətli hücumu” göstərib. Rusiyanın Svalbardda xüsusi hüquqları var, lakin eyni zamanda, Oslonun arxipelaqdakı əcnəbilərə münasibətdə siyasəti son illərdə daha sərtləşib. Rusiya Federasiyasının yerli müdaxiləsinin başqa bir ehtimalı yerli rusdilli azlıqları qorumaq bəhanəsi ilə Baltikyanı ölkələrlə münaqişədir. BND rəhbəri hesab edir ki, NATO Nizamnaməsinin 5-ci maddəsi bu cür münaqişələrdə istifadə olunmasa, NATO müdafiə ittifaqı kimi uğursuzluğa düçar olacaq. Bu, Rusiya Federasiyasının qarşısına qoyduğu məqsəddir. “Yardım vədi səmərəsiz olarsa, Rusiya aqressiv güc siyasəti ilə Avropada təsirini genişləndirə bilər”,- deyə o xəbərdarlıq edib. Almaniya kəşfiyyatının rəhbəri bir daha vurğulayıb ki, bu onilliyin sonuna qədər Rusiya Qərb ölkələri ilə birbaşa hərbi qarşıdurma üçün kifayət qədər resursa malik olacaq. O, bu fikri ilk dəfə oktyabr ayında Bundestaqda Almaniyada xüsusi xidmət orqanlarının fəaliyyətinin monitorinqinə həsr olunmuş iclasda çıxışı zamanı bildirmişdi. “Kreml Almaniyadakı sağ və sol cinahların siyasi qüvvələrinə təsir edir, onlar Moskvadan gələn fikirləri sadəlövhcəsinə təkrarlayırlar”,-deyə Kahl qeyd edib. O şikayət edib ki, bu, sağ və solçu populistlərin 2024-cü ildə uğur qazandıqları Almaniyada müxtəlif səviyyələrdə keçirilən seçkilərə təsir etmir: “Həm də Almaniyanın siyasi mənzərəsindəki parçalanmanı daha da gücləndirir”. Geri qayıt |