Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ...

“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ...


Bu gün, 08:49
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ...
Qida bazarının iştirakçısı olan “Abşeron Treyd” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Abşeron Treyd” 2019-cu ildə yaradılıb. 100 000 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Abdıyev Aftandil Faiq oğludur. Şirkətin Dövlət Vergi Xidmətinə vergi borcu da vardır. Vergi borcunun miqdarı 57 min manatı ötüb. “Abşeron Treyd” barəsində 2019-cu ildə qarabaşaq bazarı üzrə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılıb.


Geri qayıt