Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanda estetik əməliyyatlar qadağan olunur?
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur?Bu gün, 17:53 |
Son günlər ölkə gündəmini zəbt edən məsələlərdən biri də estetik əməliyyatlarla bağlıdır. Belə ki, gözəlləşmək üçün estetik həkimlərə müraciət edənlər arasında ölüm halları qeydə alınır. Bundan başqa, bu cür əməliyyatları icra edən estetik həkimlərin çoxunun diplomsuz olduğu iddia edilir. Xatırladaq ki, bir müddət öncə Türkmənistanda bu kimi əməliyyatlar, estetik prosedurlar qanunla qadağan edildi. Maraqlıdır, eyni qadağa Azərbaycanda da tətbiq oluna bilərmi? Globalinfo.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas estetik əməliyyatların ölkədə qadağan ediləcəyini düşünmür. O, bu cür əməliyyatların məcburi olmadığını vurğulayıb: “İnanmıram ki, estetik əməliyyatlar bizdə qanunla qadağan edilsin. Çünki Azərbaycan demokratik ölkədir. Hansısa müğənni əgər burnunu əməliyyat vasitəsilə dəyişirsə, ona necə qadağa etmək olar?! Özüm şəxsən estetik əməliyyatdan sonra iki nəfərin vəfat etdiyini eşitmişəm. Lakin kütləvi ölüm halları barədə heç nə eşitməmişəm.” A.Abbas estetik əməliyyatlara olan münasibətini bildirib: “Mənə maraqlıdır ki, insanlar niyə Allahın nəsib etdiyi gözəlliyə əl gəzdirir, yaradanın işinə qarşırlar?! Bunun əleyhinəyəm! Amma kiməsə nəyisə qadağan edə bilmərik və olmaz da”. Geri qayıt |