Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edirBu gün, 00:19 |
Musavat.com xəbər verir ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmond Marukyan sensasiyalı bir açıqlama verib. Onun sözlərinə görə, adının açıqlanmasını istəməyən bir Azərbaycan rəsmisi bildirib ki, rəsmi Bakı Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılmış 7 rayonuna görə Ermənistandan 1 trilyon dollar təzminat tələb etmək niyyətindədir. Marukyan əlavə edib ki, Azərbaycan həmçinin həmin rayonların enerji resurslarının istifadəsinə görə də Ermənistandan kompensasiya almaq istəyir. Bu barədə Qərb mətbuatına bağlı “Commonspace.eu” saytı xəbər yayıb. Məlumatda qeyd olunur ki, təzminat mövzusu bir vaxtlar Azərbaycanda geniş müzakirə olunurdu, lakin son illər bu məsələ gündəlikdən çıxmış kimi görünürdü. Buna baxmayaraq, Marukyanın açıqlamaları göstərir ki, bu məsələ hələ də tərəflər arasında danışıqların gündəmindədir. Xatırladaq ki, Azərbaycan 2020-ci ilin Vətən müharibəsi ilə 30 ilə yaxın işğalda olan torpaqlarını azad edib. Həmin dövrdə bu ərazilərdə infrastrukturun dağıdılması və resursların talan edilməsi mövzusu dəfələrlə gündəmə gətirilmişdi. İndi isə bu tələblərin beynəlxalq səviyyədə rəsmiləşdirilməsi istiqamətində addımların atılması ehtimalı artır. Ermənistan rəsmisinin bu açıqlaması ilə bağlı Bakının rəsmi mövqeyi hələ açıqlanmayıb. Geri qayıt |