Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıdan İrəvana qayıdan erməni nələr danışdı?

Bakıdan İrəvana qayıdan erməni nələr danışdı?


Bu gün, 06:27
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı?
Birinci Qarabağ müharibəsindən sonra ermənilərin əksəriyyəti Azərbaycanla düşmən münasibətin və işğal siyasətini davam etdirməyini tərəfdarı olsa da, onların arasında buna qarşı çıxanlar da vardı. Azsayda olan belə şəxslərdən biri də erməni siyasətçi Aşot Bleyandır.

A.Bleyan 1955-ci ildə İrəvanda anadan olub. Ümumi-orta və ali təhsili burada alıb. Əsasən maarifçiliklə məşğul olub, məktəb tikdirib. Birinci Qarabağ müharibəsi müddətində münaqişənin həllini dəstəkləyib. Bu addımı səbəbindən erməni ictimaiyyətində ciddi təzyiqlərə məruz qalıb. Lakin onun 1992-ci ildə Bakıya səfəri və İrəvana qayıdanda danışdıqları erməniləri daha da qəzəbləndirib.

Globalinfo.az xəbər verir ki, Bleyan keçmiş prezident Levon Ter-Petrosyanın dövründə Ermənistan parlamentinin deputatı olub. Daha sonra ölkənin elm və təhsil naziri təyin edilib.

Aşot Bleyan Qarabağda münaqişə başladığı gündən o zamankı Azərbaycan və Ermənistan hökumətlərinə məktublar yazıb. Münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməli olduğunu, vasitəçi rolunu üzərinə götürə biləcəyini qeyd edib. Bleyanın 1992-ci ildə ciddi səylərdən sonra Azərbaycana səfəri baş tutub. O, səfərinin şəxsi xarakter daşıdığını, arxasında nə dövlət, nə də ictimi birliklərin olmadığını deyib.

O, İrəvandan Moskvaya, oradan isə Bakıya gəldiyini bildirib:

“Azərbaycanın Moskvadakı daimi nümayəndəsi səfərimin rəsmi dəvət əsasında baş tutması üçün çox ciddi səy göstərirdi. Lakin onda vəziyyət qarışıq idi, müxtəlif partiyalar qurultay keçirirdi. Mənə dedilər ki, 10 günə bütün məsələlər həll ediləcək, çox güman ki, rəsmi dəvət də olacaq. Lakin vəziyyət daha da qarışmasın deyə özüm bilet alıb Bakıya getmək qərarına gəldim. Lakin azərbaycanlılar məni çox yaxşı qəbul etdilər, onlara çox minnətdaram. Göstərilən diqqət məni təəccübləndirdi. Bakıda bir sıra dövlət rəsmiləri, çox sayda deputatlar və nazirlərlə görüşdüm. 46 saylı məktəbə getdim, orada şagirdlərlə və erməni əsilli bir müəllimlə görüşüb danışdım. Söhbətlərim əsasən 1-2 saat çəkirdi. Əmin oldum ki, iki xalq bir-birini yaxşı tanımır”.

Bleyan bildirib ki, rəsmi İrəvan Azərbaycanı və onun müstəqil dövlət qurmaq planlarını qiymətləndirmir:

“O ölkədə sağlam dövlətçilik cücərtiləri gördüm, bunu alqışlamaq lazımdır. Bakıda heç bir pislik görmədim. Mən sülh şəraitində yaşamaq əzmində olan xalqı, qonşu ilə bu mübahisəni əsl müharibəyə çevirmək istəməyən bir əsgər gördüm Əksinə münaqişəni həll etmək istəyirdilər. Bütün ölkə Qarabağın Ermənistanın olmadığını, bizim Azərbaycan ərazilərini işğal etdiyimizi deyirdi. Azərbaycanın iqtisadiyyatı məni çox heyrətləndirdi. Mən dinc və firəvan yaşayan insanların olduğu paytaxt gördüm”.

A.Bleyan nazir və deputat fəaliyyətlərindən əlavə məktəb direktoru da olub. O, 2007-ci ildə İrəvanda yerləşən məktəblərin birində “Azərbaycan günləri”nin keçiriməsinə nail olub. Burada erməni şagirlər Azərbaycanla bağlı inşalar hazırlayıblar. Aşot Bleyan bütün şagirdlərinə Azərbaycanın qonşu dövlət olduğunu və münasibətlərin qaydasına salınmasının vacibliyini izah edib.
Geri qayıt