Əsas Səhifə > Ana xəbərlər, Güney Press > CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndiBu gün, 08:59 |
Avtomobillərin lizinqi ilə məşğul olan “Ekolizinq” MMC qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar və.s. məlumatların açıqlanması qaydalarını pozduğuna görə cərimələnib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 422-ci (Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən məlumatların açıqlanması qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Xatırladaq ki, sözügedən qanun pozuntusuna görə hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir. Qeyd edək ki, maliyyə-lizinq bazarında fəaliyyət göstərən “Ekolizinq” MMC 2014-cü ildə yaradılıb, qanuni təmsilçisi və direktoru Bədirxanov Pərvin Etibar oğludur. 10000 manat nizamnamə kapitalına malik olan şirkətin 100% təsisçi payı Elnur Rəsulova məxsusdur. Bununla belə, şirkət bir neçə gün əvvəl ləğv olunduğunu elan edən və 8 925 440 manat nizamnamə kapitalı olan “Bakı Sığorta” ASC-nin iki səhmdarından biridir (6,68 %). Lizinq şirkətinin maliyyə vəziyyətinə gəlincə, ötən ili 56,3 min manat manat xalis mənfəət ilə başa vurub. Bu isə əvvəlki illə müqayisədə xalis mənfəətin 23,2 min manat və ya 30% azalması deməkdir. Çünki şirkət 2022-ci ili 80,5 min manat xalis mənfəətlə başa vurub. Geri qayıt |