Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Səmimi fransız dostluğunun” acı meyvələri
“Səmimi fransız dostluğunun” acı meyvələriBu gün, 10:25 |
Ötən günlərdə Moldovada baş verən və təsadüfən Fransa ilə əlaqəli olan xoşagəlməz hadisə bu ölkənin Prezidenti Maya Sandunu ciddi şəkildə narahat edib. Dəfələrlə siyasi vicdansızlığı ilə tanınan Paris hərbi sənayedə də “özünü biabır etmək” qərarına gəlib. Belə ki, Moldovanın rəhbəri Maya Sandu Kişinyovun Fransadan 14,5 milyon avroya aldığı GM200 radarının Ukrayna ilə sərhədə düşən pilotsuz təyyarələri aşkar edə bilmədiyini bildirib. Bundan əvvəl Moldova Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Firladeni kəndi yaxınlığına və Riscani rayonuna düşən iki pilotsuz kəşfiyyatçı təyyarənin Rusiya Federasiyası Silahlı Qüvvələrinə aid olduğunu və onların məqsədinin Ukraynanın hava hücumundan müdafiə sistemlərini aşkar etmək olduğunu bildirmişdi. O, Rusiyanı hava məkanını pozmaqda ittiham etmişdi. Hadisəni şərh edən Sandu dronların yoxlanıldığını, onların üzərində heç bir partlayıcı əşya aşkar edilmədiyini və onların ölkə əhalisi üçün təhlükə yaratmadığını deyib. Moldovanın əldə etdiyi radarların Rusiya pilotsuz təyyarələrini aşkarlaya bilmədiyini təsdiqləyən Sandu, "Bütün ölkənin müdafiəsi və bütün vətəndaşların özlərini təhlükəsiz hiss etməsi üçün biz ayıq-sayıq olmağa və lazımi avadanlıqları əldə etməyə davam etməliyik" açıqlamasını verib. Beləliklə, lovğalanan fransız hərbi texnikası öz uyğunsuzluğunu göstərdi. GM200 radarının "kor" olduğu ortaya çıxdı. Yeri gəlmişkən, Moldova Fransadan bu hərbi texnikanı almaqla “şanslı” olmayan ilk ölkə deyil. Xatırladaq ki, bu ilin fevralında Ermənistanda bu modifikasiyanın üç radarının çatdırılmasına görə necə böyük sevinc var idi. “Daşlar ölkəsində” qürurla bəyan etdilər ki, onlar “250 kilometr məsafədə düşmən təyyarələrini aşkar etməyə imkan verir”. Guya ki, indi onlar Azərbaycana silah sahəsində mütləq çatacaqlar, ötəcəklər və sərhəddən “bir milçək də uçmayacaq, siçan da keçməyəcək”. Moldova presedenti göstərdi ki, GM200 hətta “filin fərqinə varmağa” da qadir deyil. Hələ əvvəllər Ermənistan Fransadan “Bastion” zirehli texnikası alıb, onun dəqiq təsvirini Azərbaycan Prezidenti İlham Əliyev verib: “...Əgər özümüzə bu fransız zibilindən, "Bastion" adlanan konserv qutularından yox, real təhlükə hiss etsək, dərhal qabaqlayıcı tədbirlər görəcəyik”. Gördüyümüz kimi, Azərbaycan Prezidentinin haqlı olduğu üzə çıxdı. Əgər GM200 radarı öz dəyərsizliyini göstərdisə, onda niyə “Bastion” konserv qutusuna çevrilməsin? Belə görünür ki, Fransa “hərbi metal qırıntılarını” utilizasiya etmək istəmir və onu başqa ölkələrə sırımaq üçün bazarlar axtarır. Görünür, Paris “qulpsuz çamadan” (daşımaq çətindir, atmaq atmaq hayıfdır) deyiminə üçüncü məqamı da əlavə edir: niyə də satmayaq?! Yaxşı, Fransanın o qədər də yaxın münasibəti olmayan Moldova ilə bağlı insidenti başa düşmək olar, bəs sən “balaca bacını” necə aldada bilərdin? Bəli, hər şey çox sadədir. Siyasətdə qardaş-bacı yoxdur: dövləti, milli, iqtisadi, maliyyə maraqları var. Fransanın Ermənistana verdiyi zir-zibil isə bunun bariz nümunəsidir. Lakin Parisin bu yanaşması qısa müddətdə yaxşıdır. Uzunmüddətli perspektivdə bu “hərbi-siyasi fırıldaq” iflasa məhkumdur. Yuxarıdakı misallar başqaları üçün dərs olduğu üçün Fransa hərbi bazarını itirməyə davam edəcək. Bu baxımdan Ukraynanın Fransa silahları məsələsində daha məntiqli olduğu üzə çıxıb. Hələ 2023-cü ilin noyabrında Parisin Ukraynaya göndərdiyi “Bastion” zirehli texnikası zəif təhlükəsizlik səbəbindən Kiyev tərəfindən rədd edilmişdi. Moldovaya gəlincə, təbii ki, dövlət üçün 14,5 milyon avro o qədər də fəlakətli itki deyil. Ancaq Fransanın təmsil etdiyi Qərbin qərbyönlü kurs seçmiş bir ölkəyə dəyərsiz hərbi texnika satması hələ də utancvericidir. Başqa bir şey daha pisdir: sabah rus pilotsuz hərbi aparatları asanlıqla yenə də Moldova ərazisinə düşə bilər və fransız radarı onları hiss etməyəcək. Onda Moldova “səmimi fransız dostluğunun” acı meyvələrini dadmalı olacaq... AYNA.az Geri qayıt |