Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi
Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildiBu gün, 06:24 |
Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirə edilən mövzulardan biri də Türkiyə-Azərbaycan münasibətləridir. İki ölkə münasibətlərində soyuqluq yarandığına dair fikir irəli sürən bəzi şəxslər qardaş ölkəyə, Prezident Rəcəb Tayyib Ərdoğana qarşı kampaniya aparmağa başlayıb. Bəzi tanınmışlar isə bununla bağlı ünvanlı postlar paylaşıb, xəbərdarlıq edirlər. Gerçək vəziyyət nədən ibarətdir? Belə bir tendensiya varmı? Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Türkiyə və onun Prezidenti R. T. Ərdoğana qarşı kampaniya başladanlar “5-ci kolon”un nümayəndələridir: “Ərdoğanın nitqində səslənən fikirləri iki ölkənin dərin köklü münasibətlərinə təsir edəcək nüans kimi qiymətləndirmək doğru deyil. Ümumiyyətlə Türkiyə-Azərbaycan münasibətləri kifayət qədər köklüdür. Yəni münasibətlər bir ifadə, ya da şəxslər üzərindən korlanmayacaq qədər iç-içədir. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən şəxslər var və onlar ilə bağlı ciddi araşdırmalar aparıb, ölçü götürmək lazımdır. Çünki realda iki ölkə arasında heç bir problem yoxdur. İsrail-Azərbaycan münasibətləri Türkiyə ilə münasibətlərə təsir etməyəcək. Fələstin məsələsi daha çox siyasidir. Burada fərqli mövqelərin olması normaldır. Bu münaqişəyə Azərbaycan Türkiyə münasibətlərinin qurban verilməsi real deyil. Hesab edirəm, məsələyə ölkə rəhbərliyi səviyyəsində gec-tez reaksiya veriləcək. Bu kampaniyanı başladanların kimliyi, fəaliyyəti, niyyəti də müəyyən edilib, ölçü götürüləcək”. Geri qayıt |