Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı”
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı”Bu gün, 18:03 |
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə o özü feysbuk səhifəsində paylaşım edib. Jurnalist bildirib ki, Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyi üçün hesabına hücum olub. Bu səbəbdən paylaşımlarını müvəqqəti olaraq feysbuk üzərindən edəcək. Qeyd edək ki, Q. Ataşova bir müddət öncə öz instaqram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham etmişdi. Geri qayıt |