Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir

Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir


Bu gün, 09:11
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir
Son günlər Abxaziyada hərəkətlənmələr müşahidə edilir. Bu hadisələrin Rusiya ilə investisiya razılaşması səbəbilə baş verən kütləvi etirazlarla əlaqədar olduğu haqqında məlumatlar var. Etirazçılar razılaşmanın yerli iqtisadiyyata zərər verəcəyini və Abxaziyanın maraqlarını zəiflətdiyini iddia edirlər.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Abxaziyadakı hadisələrin Rusiya daxilindəki müəyyən qüvvələrin dəstəyi ilə baş verdiyi ehtimalı var:

“Abxaziyada əhalinin çoxu Gürcüstana, Rusiyaya və orada yaşayan ermənilərə də nifrət edirlər. Abxaziyada kifayət qədər erməni əhali var. Onlar kifayət qədər vəzifədə də təmsil olunurlar. Ona görə bu etirazların sırf kimin başladığı, idarə etdiyi barədə fərqli fərziyələr mövcuddur. Versiyalardan birinin Rusiya tərəfindən qaynaqlandığıdır. Hətta erməni əsilli şəxslərdən də istifadə edildiyi qeyd edilir. Başqa bir versiya isə yerli abxazların Abxaziyada ermənilərin və rusların bütün idarəetməni, resursları ələ keçirməsi, xüsusilə torpaq sahələrinə sahib olmasından narazılıqların artdığı deyilir. İstənilən halda hər iki versiyanın həqiqət payı var”.

Politoloqun sözlərinə görə, Gürcüstan hakimiyyəti Rusiya ilə müəyyən mənada anlaşmağa çalışır:

“Azərbaycanı özlərinə örnək götürməyə çalışırlar. Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə qarşı çıxmasını əngəlləmək istəyirlər. Bu etiraz aksiyalarından sonra Gürcüstan və Abxaziya arasında müqavilə imzalana bilər. Abxaziya Gürcüstana qayıda bilər”.

Geri qayıt