Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıda toylar bu tarixdə başlayacaq
Bakıda toylar bu tarixdə başlayacaqBu gün, 15:55 |
Xəbər verdiyimiz kimi, bir müddətdət əvvəl Bakıda şadlıq saraylarının noyabrın sonunadək toy sifarişi götürmədiyi bildirilirdi. TNS-in əməkdaşı hazırda vəziyyətin necə olduğunu öyrənmək məqsədilə paytaxtdakı bəzi şadlıq evləri ilə əlaqə saxlayıb. Şadlıq saraylarından birdirilib ki, kütləvi el şənliklərinin keçirilməsinə noyabrın 25-26-dan etibarən yenidən başlanacaq. "Hazırda fərdi qaydada restoranlara gələn müştərilərə xidmət göstərilir. Amma toy şənliklərinin sifarişi 25-26 noyabrdan sonrakı tarixlərə qəbul edilir. Yəni toy mərasimləri noyabrın son həftəsindən başlayacaq”, - deyə qeyd olunub. Qeyd edək ki, COP29 tədbiri zamanı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Lakin bəzi yollarda müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Geri qayıt |