Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yoxBu gün, 14:15 |
“Qarabağ ermənilərinin geri qayıdışı məsələsində əsas mane Ermənistan hökuməti olub və olmaqda da davam edir”. Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib. O bildirib ki, sözügedən məsələ gündəmə gəldiyi zaman Ermənistan Baş naziri Nikol Paşinyan proseslə bağlı cavab verməkdən çəkinir: “Səbəbini soruşduqda o, ermənilərin Qarabağa qayıtmasının Ermənistanın maraqlarına uyğun olmadığını iddia edir, fikrini əsaslandırmır. Bu yanaşma qeyri-müəyyən, şübhəli və çaşdırıcıdır, çünki bir çox əsaslı arqumentlər bunun əksini göstərir. Birincisi, Ermənistan hökumətinin “artsax” xalqının hüquqlarını qorumaq üçün mənəvi və diplomatik məsuliyyəti var. Əgər Ermənistan onların geri qayıtmaq hüququnu qorumasa, başqa heç bir ölkə bu məsələ ilə məşğul olmayacaq“. V.Oskanyan hətta Azərbaycan Prezidenti İlham Əliyevin də ermənilərin Qarabağa qayıtmasa müəyyən şərtlərlə razı olduğunu vurğulayıb. O qeyd edib ki, belə məqamda Paşinyanın “qayıdışa” qarşı çıxması təəccüb doğurur. Geri qayıt |