Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir?

Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir?


Bu gün, 10:22
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 469 802 vahid artıb və bu il oktyabrın 1-nə 1 871 717 olub.

"Cebheinfo.az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 445 682 vahid artaraq 985 604 təşkil edib.

"Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir", - deyə məlumatda qeyd olunub.

Mövzu ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, hazıda işəgötürənlərin hər birinə tapşırıq verilib ki, əmək müqaviləsi ilə fəaliyyət göstərsinlər:

“Əvvələr ölkəmizdə işəgötürən işçi ilə əmək müqaviləsi bağlamaqda maraqlı deyildilər. Lakin dövlət tərəfindən artan təyziqlərdən sonra əmək müqaviləsi bağlamağa məcbur oldular.

Bununda əsas səbəbi inzibati qaydada cərimələrin yüksək olmasıdır. Belə ki, fiziki şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

Üstəlik özəl sektorlara Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən manitorinqdə əmək müqaviləsi olmadan çalışan işçilər müəyyən edildi və işəgötürənlər barsində tədbirlər görüldü.

Məhz qanunların sərt şəkildə icra olunmasından sonra işəgötürənlər işçi ilə əmək müqaviləsi bağlamalı oldular. Bu isə özəl sektorda muzdla çalışan işçilərin rəsmiləşdirilməsini artırdı”.

O qeyd edib ki, bu gün Azərbaycan qeyri-rəsmi məşğulluğun miqyasının yüksək olduğu ölkələr sırasındadır:

“Bununla yanaşı, Azərbaycan hökuməti əhalinin məşğulluğunun təmin edilməsini və işsizliyin azaldılmasını özünün əsas prioritet vəzəfələrindən biri kimi görür. Davamlı olaraq qəbul edilən müxtəlif rəsmi sənədlər də deyiləni təsdiq edir.

Məsələn, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilib.

Düşünürəm ki, məşğulluq strategiyası və proqramlarında əsas vəzifələrdən biri hər zaman yeni iş yerlərinin yaradılması hesabına ölkədə işsizlik səviyyəsinin aşağı salınması olur.

Dövlət Statistika Komitəsinin (DSK) 2003-cü ildən başlayaraq açıqladığı hesabatlar göstərir ki, 20 il ərzində ölkədə 3,34 milyonadək yeni iş yeri yaradılmışdır.

DSK-nın məlumatına görə, 2003-cü ilin sonunda ölkə iqtisadiyyatında məşğul əhalinin sayı 3,97 milyon nəfər olmuşdur. Buda onu göstərir ki, ölkəmizdə iş yerlərinin sayı artacaq”.

Geri qayıt