Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləriBu gün, 10:01 |
Ermənistan hakimiyyəti iqtisadi-siyasi, o cümlədən təhlükəsizlik sahəsində “diversifikasiya”dan bəhs etdiyi halda rəqəmlər tam fərqli nəticələr çıxarmağa əsas verir. Axar.az xəbər verir ki, “Ermənistan” fraksiyasının üzvü Tadevos Avetisyan bununla bağlı statistikanı təqdim edib. O bildirib ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı sürətlə artır: “2024-cü ilin ilk doqquz ayında Rusiyanın Ermənistanın xrici ticarət dövriyyəsində payı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz bəndi artaraq, görünməmiş həddə - 41,1%-ə qalxıb. Eyni müqayisə olunan dövrdə Ermənistanın AB ölkələri ilə xarici ticarət həcmi 17%, onun xüsusi çəkisi isə görünməmiş miqdarda - 2,1 dəfə azalıb 7,2 faizə enib”. Geri qayıt |