Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 30 il əvvəl susanlar hərəkət keçdi: Bakıya “hücum”un pərdəarxası
30 il əvvəl susanlar hərəkət keçdi: Bakıya “hücum”un pərdəarxasıDünən, 16:10 |
“Qərbin COP29 tədbiri ilə bağlı Azərbaycanı boykot çağırışı baş tutmadı. Bunu tədbirə olan maraq, iştirakçı sayı və ölkəmizə səfər edən liderlərin timsalına görmək mümkündür”. Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli deyib. O bildirib ki, COP29 tədbirinə qarşı boykot çağırışı edənlər özlərini gülünc vəziyyətə saldı: “Əvvəla onu deyim ki, COP Azərbaycanın ev sahibliyi etdiyi BMT tədbiridir. Yəni bu sammiti boykot etmək birbaşa BMT-yə qarşı çağırış sayılır. Tədbirdə planetin gələcəyini təhdid edən ekoloji problemlər müzakirə edilir. Belə bir platformaya siyasi maraqları qatmaq doğru deyil. Boykot çağırışı edənlər heç bir ciddi arqument gətirə bilmir. Düşünün, Azərbaycanı neft-qaz ixrac etməkdə günahlandıranların özləri dünyada bu məhsulları ən çox idxal edən ölkələrdir. Hər halda bu nefti, qazı alan olmasa, satan da olmaz. Digər tərəfdən Bakını regionun etnik demoqrafik vəziyyətini dəyişməkdə günahlandırırlar. Halbuki bu vəziyyət 30 il əvvəl Ermənistan tərəfindən pozulmuşdu. Lakin o zaman buna səs çıxaran bir ölkə, boykot çağırışı edən təşkilat yox idi. Bu gün ABŞ, Kanada, Avstraliya, Norveç kimi ölkələr dünyada demokratiyanın, insan haqlarının, ekologiyanın müdafiəçisi donuna girsələr də, reallıqda bu dəyərlərə ən çox zərbə endirən yenə həmin ölkələrdir. Məkrli siyasi planları ilə COP29-a kölgə salmaq istəyən şəxslər sadəcə özlərini gülünc vəziyyətdə qoyurlar”. “Fikrimcə, COP29 uğurla davam edir. Bütün cəhdlərə baxmayaraq qarayaxma kampaniyaları nəticəsiz qaldı. Paytaxta gələnlərin təəssüratları, verilən açıqlamalar, görünən mənzərə hər şeyi göstərir”, – politoloq qeyd edib. Geri qayıt |