Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 2014-ün noyabrı: Təxribat törədən 3 erməni zabit belə məhv edildi

2014-ün noyabrı: Təxribat törədən 3 erməni zabit belə məhv edildi


Dünən, 11:07
2014-ün noyabrı: Təxribat törədən 3 erməni zabit belə məhv edildi
Erməni bloger Aram Qevorqyan 12 noyabr 2014-cü il tarixində Ağdam bölgəsində Ermənistan ordusuna məxsus helikopterin məhv edilməsi ilə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, o, 10 il öncə baş vermiş olayı təhriflərlə təqdim etməyə çalışıb.

Qevorqyan hadisəni “Azərbaycanın atəşkəs rejimini pozması” kimi qələmə verməyə çalışıb. Reallıqda isə həmin vaxt Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd Mi-24 tipli döyüş helikopteri o vaxtkı “təmas xətti”ni keçərək təxribata cəhd edib.

Belə ki, həmin dövrdə Ağdamın işğal altında olan Uzundərə poliqonunda keçirilən təlimlər zamanı iki Mi-24 qəflətən öz səmtini dəyişərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağa cəhd edib. Nəticədə Azərbaycan ordusunun müddətdən artıq hərbi xidmət keçən manqa komadiri İlkin Muradov helikopterlərdən birini İQLA zenit-raket kompleksi ilə məhv edib. Digər helikopter isə hadisə yerindən uzaqlaşıb.

2014-ün noyabrı: Təxribat törədən 3 erməni zabit belə məhv edildi

Hadisə nəticəsində Ermənistan silahlı qüvvələrinin üç zabiti – mayor Sergey Saakyan, baş leytenant Sərkis Nazaryan, leytenant Azat Saakyan məhv olub. Təxribata cəhd edən helikopterə zərbə endirilən zaman əsgərlərin “Vur, komandir vur!” deməsi sosial mediada və KİV-lərdə trend olub. Bu əməliyyat keçmiş Qarabağ münaqişəsi tarixinə “Vur, komandir, vur” ifadəsi ilə düşüb.

Azərbaycan Respublikası müdafiə naziri Zakir Həsənov helikopteri vuran manqa komandiri İlkin Muradovu 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı və qiymətli hədiyyələrlə təltif edib.

O vaxt işğal altında olan Ağdamda mövqelərimizə hücum edən helikopterin məhvi Qarabağdakı separatçı-terrorçu rejimə və Ermənistana növbəti xəbərdarlıq idi. Lakin düşmən bundan nəticə çıxarmadı və cəmi 6 il sonra Qarabağda Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük müharibə başladı.


Geri qayıt