Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Vəfa Nağı ermənilərlə bir arada: Azərbaycan əleyhinə aksiyada iştirak etdi
Vəfa Nağı ermənilərlə bir arada: Azərbaycan əleyhinə aksiyada iştirak etdiDünən, 13:04 |
Bəlli olduğu kimi, isveçli iqlim fəalı Qreta Tunberq Bakıda keçirilən BMT-nin İqlim Konfransına (COP29) qarşı dünən Tbilisinin mərkəzindəki Azadlıq meydanında etiraz aksiyası keçirib. Bakupost.az xəbər verir ki, sözügedən aksiyaya bəzi gürcü və azərbaycanlı ictimai fəallar da qatılıb. Onların arasında ötən parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Vəfa Nağı da olub. Maraqlısı isə odur ki, Vəfa Nağı yalnız "Azərbaycan COP29-u saxta yaşıl gündəm altında təsir dairəsini möhkəmləndirmək, nəzarətini gücləndirmək və regional gərginliyi artırmaq üçün istifadə edir" deyən Qreta Tunberqlə deyil, ermənilərlə də həmrəylik nümayiş etdirib. Belə ki, o, sözügedən aksiyada "We - azerbaijan is stand with karabakh armenia" ("Biz, azərbaycanlılar Qarabağ ermənilərinin yanındayıq") şüarını qaldırıb. Başqa sözlə, ekoloji məzmunlu aksiyada Vəfa Nağı Qreta Tunberqdən də, "Roma papasından da artıq katolik olduğunu" nümayiş etdirib. Amma burada təəccüblü bir şey yoxdur. Xanım aktivist 44 günlük müharibə zamanı da eyni ampluada idi. O, istənilən ortamda peyda olmağa hazırdır - təki orada mövzu və toplaşanlar Azərbaycanın əleyhinə olsun... Ancaq onun bu addımı bu dəfə öz tərəfdarları arasında da birmənalı qarşılanmayıb. Belə ki, vaxtilə Vəfa Nağını müdafiə edənlər bu aksiyadan sonra sosial şəbəkələrdə onun ünvanına kəskin tənqidi fikirlər səsləndiriblər. Geri qayıt |