Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Tarixi fürsət yaranmışdı

Tarixi fürsət yaranmışdı


Dünən, 06:35
Tarixi fürsət yaranmışdı
“Ermənistan Respubilkasının Azərbaycanda keçirilən COP29 tədbirində iştirak edib-etməməsi bu ölkəni maraqlandıran məsələdir”.

Bunu TNS-ə deputat Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, erməni cəmiyyətində ağlı başında olan adamlar böyük ehtimalla Ermənistan hakimiyyətinin müəyyən proseslərdə beynəlxalq hüquqa uyğun olmayan, eyni zamanda hazırda gələcəkdə sülh sazişinin imzalanması üçün səmimiyyət ortaya qoymayan addımlarını qınayacaqlar. Çünki bu, bir tarixi fürsət idi: “Bu fürsət Ermənistanın Azərbaycanla birlikdə müəyyən müzakirələr aparması, xüsusilə də bir az daha cəsarətli addım ataraq, nümayəndələrini Bakıya göndərməsi və sülh danışıqlarının inkişaf etdirilməsindən ibarət idi. Ermənistan bu imkanları bir-birinin ardınca qaçırmaqdadır. Burada əsas məsələ Azərbaycanın dəvəti idi. Azərbaycanın dəvətini daha sağlam mühakimə ilə qiymətləndirib, addım atmaq lazım idi. Çox təəssüf ki, bu addım atılmadı, amma yenə də Ermənistanın öz seçimidir”.

Fazil Mustafa vurğulayıb ki, biz humanist addım ataraq, bu dəvəti göndərmişik: “İrəvan hakimiyyəti isə qeyri-səmimi olduğunu göstərdi. Ermənistan üçün Azərbaycanın dəvəti səmimiyyət testi idi. Onlar bu testdən uğurla keçməyə çalışmalı idilər”.
Geri qayıt