Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qretanın QƏLƏTİ...
Qretanın QƏLƏTİ...12-11-2024, 10:06 |
İsveçli iqlim fəalı Qreta Tunberq (Greta Thunberg) noyabrın 11-də Tbilisidə Azərbaycanda başlanan COP29 sammitinə qarşı aksiyaya çağırış edib. Aksiyaya “Avtoritarizmə, “yaşıl yuyulmaya” (greenwashing), müharibəyə və kapitalist istismarına qarşı duruş sərgiləyin!” şüarı altında çağırış edilib. Tribunainfo.az bildirir ki, 21 yaşlı Qreta Soros Fondunun əlində bir oyuncaqdır və istifadə edilir. Azərbaycan əleyhinə xora qoşulan Qreta bir neçə ay əvvəl də oxşar çağırışlar edib. Bu gəncin alətə çevrildiyi göz qabağındadır. Ümumiyyətlə, Qreta və digər antiAzərbaycan dairələr bir məsələni qarışdırırlar ki, tədbir BMT-yə aiddir. Bakı sadəcə ev sahibidir. Məsələn, gələn il Braziliyada keçiriləcək. Məgər orada hər şey idealdırmı? Ötən il Dubayda olub, bəs, bu ərəb şəhərinə Qərb liderləri getmişdilər? Həmçinin, Qətərdə olub. Yəni belə kampaniyalar bəzi mərkəzlərin cılız oyunlarıdır və gənc Qreta özü də bilmədən o prosesin bir qulpuna çevrilir. Geri qayıt |