Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Heç bir layihədə yoxuq, məhvə gedirik
Heç bir layihədə yoxuq, məhvə gedirik11-11-2024, 09:55 |
Ermənistanda antirusiya dalğası son dərəcə böyükdür. Ermənistanın enerji baxımından Rusiyadan çox asılı olduğunu nəzərə alsaq, bu maniya çox təhlükəlidir. Axar.az xəbər verir ki, bu sözləri erməni ekspert Aram Manukyan yerli mediaya açıqlamasında deyib. O bildirib ki, antirusiya siyasəti ölkəni məhvə aparır: “Baxın, Şərq qanadı güclənir, BRİKS genişlənir, artıq 30 ölkəni əhatə edir, Qərbi baltalayır. BRİKS ilə milyardlarla dollar dəyərində o qədər müqavilə imzalanıb: Orta dəhliz, Şimal-Cənub, Şərq-Qərb… Biz onların heç birində deyilik”. Onun sözlərinə görə, Ermənistan bu layihələrdən kənarda qalmasını “kompensasiya” etmək üçün “Sülh qovşağı” layihəsini ortaya atıb: “Ancaq bu layihəni kim ciddi qəbul edir? Bu qədər zəif və prinsipsizsinizsə, beynəlxalq layihələrin bir hissəsi ola bilməzsiniz. Ölkənin üzləşdiyi problemləri həll etmək üçün külli miqdarda pula, güclü iqtisadiyyata və çoxlu dostlara sahib olmaq lazımdır. Ermənistanın isə heç nəyi yoxdur!” Geri qayıt |