Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İran mətbuatı da Azərbaycan qarşı çirkin oyuna qoşuldu

İran mətbuatı da Azərbaycan qarşı çirkin oyuna qoşuldu


11-11-2024, 07:26
İran mətbuatı da Azərbaycan qarşı çirkin oyuna qoşuldu
İran mediası da COP 29 ərəfəsində Azərbaycana qaşrı başladılan çirkin oyunlara qatılıb.

Belə ki, İran mətbuatı Bakıda keçiriləcək COP29 Konfransında Prezident Pezeşkianın iştirak etməməsinə çağırır.

“Cebheinfo.az” xəbər verir ki, Azərbaycan əleyhinə çıxışları ilə tanınan “Mashregh News” nəşri “Azərbaycanda “sionistlərin” gizli görüşünün pərdəarxası – Niyə Məsud Pezeşkian Azərbaycan Prezidenti ilə şəkil çəkdirməməlidir?” başlığı ilə iftira dolu məqalə yazıb. Məqalədə COP29 Konfransının İranın maraqlarına zidd olduğu iddia edilir.

“Araz News” “Telegram” kanalı İran mediasında Azərbaycana qaşrı yayılan məqalədən çıxarışlar təqdim edib:

““Mashregh News” yersiz bir qənaətə gəlir ki, guya sammit “sionistlərin gizli görüşünün pərdəarxasıdır. Məqalədə bildirilib ki, keçiriləcək konfrans İranın xeyrinə olmayacaq”.

Eyni fikirlər bir neçə gün öncə İranın ali rəhbərinə bağlı radikal “Keyhan” qəzetində də çap olunub.

“Görünür, paniranistləri indiki halda iqlim məsələləri yox, Pezeşkianın Bakıda olacağı, İlham Əliyevlə xatirə şəkli çəkdirəcəyi və bəlkə də Azərbaycan dilində müsahibə verəcəyi narahat edir. Ancaq maraqlıdır ki, Pezeşkianın Ərbildə olması və kürdcə çıxışı ilə bağlı eyni reaksiya göstərilməyib”,-deyə teleqram kanalı vurğulayıb.
Geri qayıt