Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İnflyasiya faizi düzgün hesablanmır, qiymətlər yenə də artır
İnflyasiya faizi düzgün hesablanmır, qiymətlər yenə də artır10-11-2024, 12:29 |
İnflyasiya faizinin hesablanması həmişə mübahisə mövzusu olub. Çünki əhalinin müşahidə etdiyi gerçəkliklə təqdim olunan rəqəmlər heç bir halda uzlaşmır. Dövlət Statistika Komitəsi sanki özünə yalnız birqəqəmli inflyasiya göstəricisi açıqlamağı söz verib. Həmişə belə təəssürat yaranır. Hətta yanacağın bahalaşmasından sonra da yüksək faiz açıqlanmayıb. Halbuki qiymətlərdə nəzərəçarpan artım müşahidə edilir. Əhali əlində statistika olmayanda belə, durumu yaxşı analiz edə bilir. Bizimyol.info xəbər verir ki, Mərkəzi Bank ilin sonuna qədər inflyasiya faizinin 5,1-ə çatacağını, 2025-ci ildə isə 5,8 faiz olacağını proqnozlaşdırır. Dövlət Statistika Komitəsi ilin 9 ayı ərzində inflyasiya faizinin 3,5 olduğunu iddia edir. Cəmiyyətin reaksiyasına baxırsan, əksəriyyət inanmır. İnsanlara bütün hallarda haqq qazandırmaq lazım gəlir. İnlfyasiya düzgün hesablanırmı? Ona görə “yox” cavabı vermək olar ki, hər şeydən əvvəl hesablama mexanizmi doğru deyil. Azərbaycanda inflyasiya səbətində 500 adda mal və xidmət yer alır. Bir çox istiqamətlərdə qiymət dəyişiminin olmaması orta göstəricidə əksini tapır. Hökumət məsələni konkretləşdirməməyə çalışır. Bu halda faiz yüksək olacaq. Dünyanın xeyli ölkəsində 30 adda gündəlik tələbat malının qiymət artımı nəzərə alınır. Beləcə, ortaya gerçək mənzərə çıxır. Bizdə isə orta göstəricinin aşağı olması üçün manipulyasiyaya əl atılır. İnflyasiya düzgün hesablanmır, bu heç. Üstəlik, inflyasiyanın aşağı olmaması da göz qabağındadır. Göstəricilər elə yüksəkdir ki, rəsmi qurumlar vəziyyətin pisləşdiyini gizlədə bilmir. Gələn ilin proqnozlarına yanaşma bizi ağır günlər gözləməsindən xəbər verir. İnflyasiya əleyhinə tədbirlər görülürmü? Guya görülür, amma istiqamət doğru deyil. Uçot dərəcəsini aşağı salmaqla vəziyyətdən çıxmaq olmaz. Onsuz da büdcədəki xərclər inflyasiya riskini artırır. Bu haqda əvvəllər də yazmışıq, ixracat çox aşağı düşüb. İdxal məhsullarına ehtiyacımız yalnız artır. Bu halda inflyasiya göstəricilərinin yüksəlməsi qaçılmazdır. Geri qayıt |