Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ovannisyan o əməliyyatı açıqladı, Şuşanı itirdik

Ovannisyan o əməliyyatı açıqladı, Şuşanı itirdik


10-11-2024, 12:23
Ovannisyan o əməliyyatı açıqladı, Şuşanı itirdik
“44 günlük müharibə zamanı Şuşanın Azərbaycanın nəzarətinə keçdiyi barədə məlumatlar yayılmışdı. Lakin Ermənistan Müdafiə Nazirliyinin o zamankı mətbuat katibi, polkovnik-leytenant Arçrun Ovannisyan əməliyyatların davam etdiyini, məlumatın yalan olduğunu açıqladı”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Hasmik Babacanyan deyib.

O, erməni polkovnikin açıqlamasından qısa müddət sonra Şuşanın Azərbaycan ordusu tərəfindən azad edildiyinin ortaya çıxdığını bildirib:

“Ovannisyan sosial şəbəkə hesabında paylaşım edərək döyüşlərin davam etdiyini dedi. Paylaşımda yazmışdı ki, düşmənin kəşfiyyat-təxribat xarakterli ayrı-ayrı taktiki dəstələri məhv edilir, “Gorbagor” əməliyyatı uğurla aparılır. Şuşanı itirdiyimizə dair məlumat yayıldı. Dərhal paylaşım edərək erməni əsgərlərin geri çəkilmədiyini, mübarizə apardıqlarını vurğuladı. Polkovnik məğlubiyyətin düşünməməli olduğunu, heç bir yeri itirmədiyimizi vurğuladı. Hamı da inanıb ona təşəkkür edir, tərifləyirdi. İndi o zamana baxıb dəhşətə gəlirəm, insanlar nə qədər kor olub, həqiqəti görməyib. Ovannisyan “Gorbagor” əməliyyatı dedi, Şuşanı itirdik”.

“Baş nazir Nikol Paşinyan və Ovannisyan müharibə vaxtı vətənpərvər çağırışlar edirdilər. İndi isə heç nə olmamış kimi davranırlar. Səhifələrində müharibə ilə bağlı bir xatirə paylaşımı belə yoxdur”, – Babacanyan bildirib.
Geri qayıt