Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Taliban Bakıya gələcək
Taliban Bakıya gələcək10-11-2024, 08:23 |
“Taliban” nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək. Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstan XİN-in mətbuat katibi Əbdül Qahar Balxi “Agence France-Presse” (AFP) agentliyinə bildirib. “Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda olacaq”, – XİN rəsmisi deyib. Gələn həftə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayacaq. Konvensiya tərəflərindən təxminən 80 dövlət və hökumət başçısının iştirakı gözlənilir. Dünya burada iqlim maliyyələşdirilməsi problemi ilə bağlı mühüm qərarların qəbul ediləcəyinə ümid edir. Geri qayıt |