Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dondurulmuş qidalar təhlükəlidirmi?

Dondurulmuş qidalar təhlükəlidirmi?


10-11-2024, 08:10
Dondurulmuş qidalar təhlükəlidirmi?
Bu gün yerli KİV-də ən mühüm mövzulardan biri Monqolustandan Azərbaycana ətin gətirilməsidir. Qeyd edilir ki, bu il Azərbaycana Monqolustandan çox ət gətirilib. Ətin kiloqramının Azərbaycana 4 manata gətirildiyi iddia edilir. Bildirilir ki, 2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti idxal edib. 2024-cü ilin birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib.
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info portalına açıqlamasında qeyd edib ki, Monqolustandan ət məhsulları daha çox İrana və müsəlman ölkələrinə gedir. Ekspert hesab edir ki, Monqolustan ətləri kifayət qədər təmiz ətdir. Sədr bildirib ki, Monqolustandan ət Azərbaycana da gətirilir və restoranlarda istifadə edilir. Yəni sənayedə, satışda çox az halda rast gəlinir.

“Bu ətlər normal ət hesab olunur və Azərbaycana gətirilməsi 12-13 manata başa gəlir”-deyən Eyyub Hüseynov hesab edir ki, yaxın 5 ildə Azərbaycan özünü qoyun əti ilə təmin edə biləcək. Ekspert qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə böyük heyvan təsərrüfatları olacaq və Azərbaycan özü-özünü qoyun əti ilə təmin etmək səviyyəsinə gəlib çatacaq.

Bəs ölkəyə gətirilən ətləri yemək sağlamlıq üçün təhlükəlidirmi?
Ətlər yəqin ki, dondurulmuş şəkildə gətirilir.

Dondurulmuş ətlər sağlamlıq üçün təhlükəli deyilmi?
ABŞ Qida Təhlükəsizliyi və Təftiş Xidməti qaydalarına əsasən, qida, o cümlədən ət uyğun dərəcədə düzgün saxlandıqda, uzun müddət təhlükəsiz olaraq qalır. Dondurmaq molekulların hərəkətini və fəaliyyətini yavaşlatmaqla, qidanı qoruyan bir təhlükəsizlik sistemidir. Dondurma bakteriya kimi zəhərli mikrobların hərəkətsiz qalmasına səbəb olur. Dondurulmuş qidaların əksəriyyəti işləyən dondurucuda demək olar ki, heç vaxt xarab olmur. Yəni ölkəyə dondurulmuş şəkildə və uyğun şəraitdə gətirilən qidalar sağlamlıq üçün təhlükəli deyil. Əgər məhsul dondurulana qədər təhlükəli deyilsə”-deyən Eyyub Hüseynov qeyd edib ki, bu ətlərdən kütləvi şəkildə restoranlar istifadə edir və bu günə kimi restoranlarda kütləvi şəkildə zəhərlənmələr qeydə alınmayıbsa, deməli, bu ətləri təhlükəsiz hesab etmək olar.
Geri qayıt