Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu müəssisələrdə Ana dilimizə hörmətsizlik var...

Bu müəssisələrdə Ana dilimizə hörmətsizlik var...


9-11-2024, 11:45
Bu müəssisələrdə Ana dilimizə hörmətsizlik var...
Azərbaycan Respublikasında qeydiyyata alınmlş və fəaliyyət göstərən bir çox xarici müəssisələrdə: nədən və hansı səbəblərdən Azərbaycan Respublikasının dövlət dili rəsmi olaraq işlədilmir?
1.Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası kimi fəaliyyətim dövründə rast gəldiyim bir çox sənədlər də sübut edir ki,
Azərbaycan Respublikasında qeydiyyata alınmaqla fəaliyyət göstərən: bir çox xarici Müəssisələrdə, Filial və Nümayəndəlikdə, birgə müəssisə və əməliyyat şirkətlərində Azərbaycan Respublikasının Dövlət dili çox az işlədilir və ya məcbur olmadıqda heç vaxt istifadə edilmir.
2. Hətta, baxmayaraq ki, bu müəssisələrdə işçilərin ümumi sayının 95 faizindən çoxunu Azərbaycan dilli işçilər, 2-5 faizini isə xarici işçilər təşkil edir.
3.Baxmayaraq ki,qanunvericiliyimiz bu halda həm dövlət dilimiz olan Azərbaycan dili,həm də xarici dillərdən biri olmaqla xarici dildən biri ilə qoşa işlədilməsi üçün də hüquq verir.
4. Həm işə qəbul prosesində, hə də əmək münasibətlərində əksər hallarda:Əmr, Əmək müqaviləsi, Protokol, Aktlar, email, vatsap və sair yazışma və sənədləşmələrdə xarici dilə və daha çox ingilis dilində aparılır.İşə qəbulla bağlı bir çox elanlarda və işə qəbulda ingilis dilini bilənlərə üstünlük verilir, bununla da dillə əlaqədar ayrı seçkiliyə yol verilir və AR- sı Əmək Məcəlləsinin 16-cı maddəsinin tələbləri pozilur.
5. Bu sahədə olan qanun və digər normativ hüquqi xarakterli aktların pozulmasın aradan qaldırmaq isə əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən - Dövlət Əmək Müfəttişliyi Xidməti, əmək qanunvericiliyinə- ictimai nəzarəti həyata keçirən Həmkarlar ittifaqları təşkilatının və hüquq mühafizə orqanlarının işidir.
6. Azərbaycan Respublikasında qeydiyyata alınmaqla fəaliyyət göstərən: çox xarici idarə və Müəssisələrdə, Filial və Nümayəndəlikdə, birgə müəssisə və əməliyyat şirkətlərində Azərbaycan Respublikasının Dövlət dilinin pozulmasını aşağıda göstərilən normativ hüquqi aktlar da təsdiq edir. Belə ki:
7. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
8. Azərbaycan Respublikasıda Dövlət dili haqqında Azərbaycan Respublikası Qanunua əsasən: Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyası 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur.
9. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir.
10. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.
11. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla bilər.
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən:İstər işçilər, istərsə işəgötürənlər, istərsə də digər fiziki şəxslər bu Məcəllə ilə və ya əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Ekspert - "DİA-AZ" (dia-az.site)

Geri qayıt