Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək
Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcəkBu gün, 09:37 |
Ümid Partiyasının sədri İqbal Ağazadə Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: - ABŞ-da Donald Trampın yeni prezidentik dövrü başlayır. Trampdan gözləntilər çoxdur. Cənubi Qafqazla bağlı proseslərdə nə kimi dəyişikliklərin olması ehtimal edilir? - Qarabağ məsələsi artıq bitib. Bununla bağlı hansısa bir dövlətin geri qayıda biləcəyi nəsə yoxdur. Artıq bu proses tarixdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar çərçivəsində ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bununla bağlı Azərbaycana ediləcək heç bir şey yoxdur. Super gücə malik dövlətlər və dövlət başçıları belə Azərbaycana bununla bağlı hansısa tələbi ola bilməz və onlar bu kontekstdə siyasi addımların atılmasında maraqlı olmayacaq. Bundan sonrakı mərhələdə Cənubi Qafqazda sülhə hansı mövqedə yanaşılması amili öndə olacaq. - Tramp dönəmində regionda yeni hərbi eskalasiyanın başlaması kimi risklərin olacağı da proqnozlaşdırılır... - Bu müharibə yeni hərbi eskalasiya üçün deyil. Daha çox danışıqları və Cənubi Qafqazda hansı dövlətin maraqlarının necə təmin olunması ilə bağlıdır. Ona görə də, Tramp dönəmində bölgədə hansısa hərbi əməliyyatlardan danışmağa dəyməz. Sözsüz ki, Tramp heç də öncədən proqnozlaşdırılan bir siyasətçi deyil. Amma Amerika kimi bir dövlətin başında olmaq da sadəcə proqnozlaşdırılmadan hansısa siyasi xətti aparmaq mümkün olmur. - Rusiya-Ukrayna cəbhəsində yeni Ağ Ev Adminstrasiyası dönəmində hansı dəyişikliklər gözlənilir? - Amerika sistemləşdirilmiş şəkildə idarə olunan dövlət kimi dünyada öz mövcudluğunu müəyyən edir. Bu mənada Rusiya ilə münasibətlər daha açıq və sərt olacaq. Tramp tərəfindən Rusiyaya real təkliflər ediləcək. Bu, Ukraynada müharibənin dayandırılması və rus ordusunun çıxarılması ilə bağlıdır. Əksinə olacaq prosesdə Ukraynaya Amerikadan “Demokratlar” dönəmindən daha aktiv şəkildə dəstək veriləcək. Bu açıq silahların və hərbi yardımların edilməsi ilə bağlıdır. - Yaxın Şərq və İranla bağlı Vaşinqton tərəfindən hansı siyasəti xətt izləniləcək? - İran və Yaxın Şərqlə bağlı ABŞ daha kəskin müstəviyə keçəcək. Tələblər fərqli olacaq. Eyni zamanda iqtisadi məsələlər yeni diqqət tələb edəcək. - Dolların və neftin qiymətində hansı dəyişikliklər ola bilər? - Sözsüz ki, neftin qiymətinin aşağı düşməsi ehtimalı böyükdür. Hətta kəskin azalmanın da olması mümkündür. Trampın birinci prezidentlik dönəmində də neft qiymətləri aşağı düşmüşdü. Həmçinin iqtisadiyyatda Çinə qarşı yeni qaydalar tətbiq oluna bilər. - Azərbaycanda daxili siyasi ritorikada Trampın gəlişinə sevinənlərlə yanaşı, məyus olanlar da var... - Amerikanın mərkəzləşmiş siyasi xətti mövcuddur. Bu siyasi xətti nə Bayden, nə də ki, Tramp poza bilməz. ABŞ-da şəxslər deyil, sistem önəmlidir. Baydenin və Trampın Amerikanın dünya siyasətində dəyişə biləcəyi çox az şey var. - Amerikanın siyasi xəttində Rusiya və Avropaya münasibətdə nələr dəyişəcək? - Rusiya ilə münasibətlərdə dəyişəcək böyüş hadisələr olmayacaq. Amma Avropaya münasibət tamam dəyişəcək. Tramp Avropanı məcbur edəcək ki, əlini daşın altına qoysun. Rusiya-Ukrayna cəbhəsində Avropadan daha çox dəstək tələb olunacaq. Eyni zamanda Rusiyanın da qarşısına şərtlər qoyulacaq. Rusiyadan tələb ediləcək ki, Ukraynadan çəkilsin. Belə olayacağı təqdirdə Ukraynanın silahlanmasına daha ciddi yanaşılacaq. Geri qayıt |