Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistanın xarici siyasəti yenə iflas etdi

Ermənistanın xarici siyasəti yenə iflas etdi


Bu gün, 09:21
Ermənistanın xarici siyasəti yenə iflas etdi
ABŞ-də keçirilən prezident seçkisində Donald Trampın qalib gəlməsi Ermənistanda narahatlığı artırıb. Erməni politoloqlar Trampın qələbəsinin İrəvan üçün uğurlu olmayacağı qənaətindədirlər. Politoloq Suren Sarkisyan deyib ki, Tramp dönəmində Bayden dövründən fərqli olaraq ABŞ ilə münasibətlərdə passivlik olacaq. Politoloq Stepan Daniyelyan isə Ermənistanın yenə yanlış seçim etdiyini deyib: “Gürcüstan və Azərbaycan Trampa ümid edirdi, Mülki Müqavilə isə demokratlara güvənirdi. Həmişəki kimi Paşinyan yenə səhv yatırım etdi. Amerika xalqı dəyişiklik istəyir. Ermənistan xalqı isə təslim olub, artıq taleyini həll etmir”. Politoloq Armen Ayvazyan isə Trampın seçkidən sonra ermənilərə verdiyi vədləri unudacağını söyləyib: “Trampın qələbəsi beynəlxalq məsələlərdə ciddi nəticələrə gətirib çıxaracaq. Seçkidən bir neçə gün əvvəl o, bütün erməniləri Azərbaycandan qoruyacağını demişdi. Lakin seçkidən sonra o, böyük ehtimalla bunu unudacaq”.

Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, ABŞ-də keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın öz rəqibinə böyük üstünlüklə qalib gələrək prezident seçilməsinə düşmənlərimizin reaksiyaları çox mətləblərdən xəbər verir:

"Ənənəvi mediadan və sosial şəbəkələrdəki reaksiyalardan da görürük ki, Trampın ABŞ-nin 47-ci prezidenti seçilməsi Ermənistanda, İranda, Fransada və bir sıra başqa ölkələrdə ciddi məyusluq hissilə qarşılanıb. Bu da təbiidir. Çünki Tramp administrasiyasının yürüdəcəyi xarici siyasət onlarda dərin narahatlıq doğurur. Ermənilər Trampın belə triumfal qələbəsini gözləmirdilər. ABŞ-dəki erməni diasporu Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harrisin seçilməsində maraqlı idi. Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası da məhz buna ümid bəsləyirdi. Ermənilər hesab edirdilər ki, Demokratlar Partiyasının namizədinin hakimiyyətə gəlişi 44 günlük İkinci Qarabağ müharibəsindən sonra başlatdıqları fəal anti-Azərbaycan kampaniyasının davam etdirilməsində onlara əlavə stimul verəcək. Sosial şəbəkələrin erməni seqmentində Trampın seçilməsinə münasibət bildirən ermənilər də rəylərində etiraf edirlər ki, Donlad Tarmpın hakimiyyətə gəlişi Co Bayden administrasiyasına güvənən Nikol Paşinyanı pis vəziyyətdə qoyub. Beləliklə, əksər ermənilər hesab edir ki, bu seçkilərin nəticələri Nikol Paşinyanın xarici siyasətinin iflasını da tam şəkildə ortaya qoydu".


Geri qayıt