Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İran dəqiq müharibəyə girəcək: o zaman Ermənistan...
İran dəqiq müharibəyə girəcək: o zaman Ermənistan...6-11-2024, 09:18 |
Yaxın Şərqdə İranın da iştirak edəcəyi genişmiqyaslı müharibə Cənubi Qafqaza da öz təsirini göstərəcək. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski erməni mediasına açıqlamasında deyib. O bildirib ki, İranın da iştirak edəcəyi Yaxın Şərqdə genişmiqyaslı müharibə ehtimalı 100%-dir: “Bütün bunlar nəyə gətirib çıxaracaq - nüvə qarşıdurmasına keçidə səbəb olacaqmı? Nəticədə İran, İsrail və bütün regiondan nə qalacaq? - bu sualların cavabları açıq qalır”. Onun fikrincə, hadisələrin bu cür inkişafı Cənubi Qafqaza, o cümlədən Ermənistana təsir edəcək: “Əgər İrana ciddi, genişmiqyaslı hücum olarsa, o zaman İrandan Cənubi Qafqaz regionuna və xüsusilə Ermənistana yüz minlərlə, bəlkə də milyonlarla qaçqın gələcək”. Geri qayıt |