Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Yeni bahalaşma: BU DƏFƏ ÇÖRƏK...
Yeni bahalaşma: BU DƏFƏ ÇÖRƏK...6-11-2024, 01:23 |
Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar. Belə ki, rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25.95-28.20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25.30-27.50 manat təşkil edirdi. Hazırda ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "SKY AGRO" Məhdud Məsuliyyətli Cəmiyyəti, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" Birgə Müəssisəsidir. Noyabrın 4-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib: "Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.70 manat; "ATS MİLL", "Taxıl AQRO" və "Qarabağ un" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27 manat; "Anadoluqida" və "AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.20 manat; "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat; "Dəvəçi-Taxıl" və "Avrora" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.50 manat; "Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.40 manat; "Bakı Taxıl Terminalı", "Hazartürk LTD", "KARAT HOLDİNQ", "Dəniz un sənayesi LTD", "Sünbül 2012", "Karmen", "Orxan UN", Xırman"MMC-lərə, eləcə də "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.10 manat; "NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.65manat; "Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.30 manat; "SKY AGRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 25.95 manat. Maraqlıdır, unun topdan satış qiymətinin artması çörəyin qiymətinə necə təsir edəcək? İqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında söyləyib ki, unun qiymətinin artmasının əsas səbəbi dünya bazarındakı prosseslərdir: "Çünki indiki dövrdə dünya bazarındakı qiymətlərdə artım müşahidə olunur. Bu vəziyyətə Rusiya-Ukrayna müharibəsi də öz təsirini göstərir. Əlavə olaraq hava şəraiti ilə bağlı bir çox taxıl istehsal edilən bölgələrdə məhsuldarlığın aşağı düşməsi görülür. Nəticə etibarı ilə sadaladığım nüanslar Azərbaycana da istər-istəməz təsir edir. Təəssüf ki, biz xaricdən təqribən 70-75 faiz nisbətində taxıl alırıq. Yəni, yerli istehsal tam ehtiyacımızı ödəmir. Amma unun qiymət dəyişikliyi elə bir səviyyədədir ki, onun birbaşa çörəkin dəyərinə tez təsir edəcəyini söyləmək mümkün deyil. Yəni, hazırda qiymət artımı idarə olunan pillədədir. Bununla bağlı ölkədə maraqlı tendensiya mövcuddur. Beləki unun qiyməti qalxdıqda çörəyin qiymətini anında qaldırmırlar. Bunun əvəzinə çörəyin çəkisindən 20-30 qram azaldırlar. Əslində bu da qiymət artımı sayılır. Sadece vizual olaraq qiymət dəyişmədiyinə görə, daha az etiraz doğurur". Geri qayıt |