Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Gəncədə yolların təmirinə 10 milyon ayrıldı

Gəncədə yolların təmirinə 10 milyon ayrıldı


5-11-2024, 15:52
Gəncədə yolların təmirinə 10 milyon ayrıldı
Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.

"DİA-AZ" Valyuta.az-a istinadla xəbər verir ki, tender Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması ilə bağlıdır. Tenderin qalibi “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti olub. Qalib şirkətlə qurum arasında 9 milyon 847 min 742 manatlıq müqavilə imzalanacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 min 104 manat olan şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Açıq mənbələrdə ASC barəsində hər hansı məlumat yoxdur. Baxmayaraq ki, "Gəncə Körpü Tikinti-2” ASC vaxtaşırı milyonluq tenderlərin qalibi olur. ASC-nin qalib gəldiyi tenderlər əsasən Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlara aid olur.

2021-2022-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlarla "Gəncə Körpü Tikinti-2” ASC arasında maliyyə dəyəri 10 668 797.01 AZN təşkil edən 3 satınalma müqaviləsi imzalanıb.

Geri qayıt