Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvandan durumu kökündən dəyişəcək qərar: Anonsu verildi

İrəvandan durumu kökündən dəyişəcək qərar: Anonsu verildi


4-11-2024, 11:57
İrəvandan durumu kökündən dəyişəcək qərar: Anonsu verildi
Nikol Paşinyan hökuməti “erməni soyqırımı”nı inkar etməyin bir addımlığındadır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır.

Nəşrin fikrincə, Baş nazir Nikol Paşinyan bu yöndə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın siyasətini izləyir:

“Soyqırımından (qondarma) danışmamaqla onu inkar etmək arasındakı məsafə bir addımlıq yoldur. Hazırda bunu Ermənistan baş naziri kürsüsünü oturan şəxs edir. Danışmamağın isə memarı Ermənistanın ilk prezidenti idi. Onların fikrincə, türklərlə (Türkiyə) dialoq aparmaq, normal münasibətlər qurmaq üçün soyqırımı faktının (?) başqa dövlətlər tərəfindən qəbul edilməsi siyasətini dəstəkləməkdən əl çəkmək lazımdır. İndi onların (Paşinyan hökumətinin) növbəti bir tələbi də var: arxivlərin açılması, bunun gerçək olub-olmaması üçün erməni və türk tarixçilərinin birgə komissiyasının yaradılması”.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 31-də bəyan eləmişdi ki, “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması İrəvanın bir nömrəli prioriteti deyil.

Ermənistanın hakim partiyasının deputatı, parlament komitəsinin sədri Andranik Köçəryan bu ilin aprelində maraqlı bir açıqlama ilə gündəmə gəlib. Onun sözlərinə görə, Paşinyan 1915-ci ildə Osmanlı İmperiyasından deportasiya zamanı 1.5 milyon erməninin öldüyünə inanmır.

“Baş nazir Paşinyan 1915-ci ilə inanmır. Erməni soyqırımı (qondarma) ilə bağlı tarixi faktlar dəqiq deyil ki, Qərbi Ermənistanda (Türkiyədə) 1.5 milyon erməni həqiqətən də qətlə yetirilib, işgəncələrə məruz qalıb və ya öldürülüb. Paşinyanın əslində öz hökmü var, o, işgəncələrə məruz qalan ermənilərin şəxsi məlumatlarını tapmaq, oxumaq, saymaq və əmin olmaq istəyir. Tarixi faktlar, mövcud elmi əsərlər və qərarların çoxluğu onu qane etmir”, - deputat vurğulayıb.

Köçəryan hesab edir ki, Paşinyanın qondarma soyqırımı ilə bağlı real əsaslar qurmaq və daha obyektiv siyahı hazırlamaq məqsədi var: “Əgər 1.5 erməni qırğına məruz qalıbsa, onda arxivlərdən bu milyon yarımın ad və soyadını tapmalıyıq”.

Türkiyə də uzun illərdir Ermənistana tarixi arxivlərin birgə açılmasını təklif edir. Amma bu yalanının ifşa olunacağını bilən Ermənistan hələlik bundan yayınır.

Geri qayıt