Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Siyasi arenada Azərbaycana "uduzan" Qərb...

Siyasi arenada Azərbaycana "uduzan" Qərb...


3-11-2024, 09:27
Siyasi arenada Azərbaycana "uduzan" Qərb...
Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin birgə açıqlama yayıb. Bildirilib ki, “X” sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.
Saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir. Açıqlamada vurğulanıb ki, məqsəd Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.

İKT və sosial media eksperti Fərhad Mirəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son illərdə Azərbaycana qarşı olan təzyiqlər artıb.

Fərhad Mirəliyevin fikrincə, bu təzyiqlər ona görə baş verir ki, qərb dairələri tərəfindən müəyyən istəklərin diktə olunmasına cəhd olunur və Azərbaycan buna qarşı mübarizə aparır: “Xüsusən də, Azərbaycanın son dövrlər apardığı siyasət və qurduğu koalisiyalar uğurlu olduğundan bəzi dairələrin artıq Azərbaycana təzyiq imkanları azalıb. Qarabağ məsələsinin həllini tapması və 44 günlük müharibədən, bir günlük lokal antiterror əməliyyatlarından sonra artıq Qarabağ məsələsi ilə Azərbaycanı şantaj edə bilmirlər. Hansı ki, uzun illərdir Azərbaycana Qarabağla bağlı müəyyən vədlər verilir, əvəzində də müəyyən nələrsə istənilirdi. Bu məsələlərin fonunda Avropa Şurasının özündə də bu yaxın günlərdə bir qətnamə qəbul olundu. Qətnamədə Qarabağın xristian əhalisinin geri qaytarılması, separatçı rejimin azadlığa buraxılması və s. bu kimi absurd istəklər, tələblər yer almışdı. Azərbaycan da bu istəklərin qarşısında duruş gətirdikdə, baş əymədikdə müəyyən dairələr təzyiqlərə başlanıldı. Bu təzyiqlərin aparılma yeri sadəcə “X” platforması seçilib”-deyə ekspert əlavə edib.

Fərhad Mirəliyev qeyd edib ki, CO29 BMT-nin ətraf mühitlə bağlı bir tədbiridir və siyasi tədbir deyil.

“Görünən odur ki, bu tədbiri müəyyən qüvvələr dünyada siyasiləşdirib, təzyiq mexanizminə çevirmək, buradan dividentlər əldə etmək istəyirlər. Müəyyən qüvvələr Azərbaycanı boykot etmək istəyir... Bu fəaliyyətlər də, müxtəlif platformalar üzərindən aparılır. Məsələn; Amerika prezidenti ötən ay bir məktub göndərmişdi, Avropa Şurası qətnamə çıxarmışdı. O cümlədən sosial şəbəkələrin özündə də müəyyən qüvvələr vasitəsilə bu təbliğatlar aparılır. Qarayaxma kampaniyalar aparılır”-deyə ekspert bildirib.
Geri qayıt