Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Parisə rəsmi etiraz və xəbərdarlıq edilməlidir
Parisə rəsmi etiraz və xəbərdarlıq edilməlidir3-11-2024, 00:43 |
Ermənistanın müdafiə naziri Suren Papikyanla Fransanın səfiri Olivye Dekottini arasında iki ölkənin müdafiə sahəsində əməkdaşlığı müzakirə olunub. Tərəflər Ermənistan ordusunda islahatlar, həmçinin Fransanın iştirakı ilə bu sahədə həyata keçirilən proqramlar ətrafında fikir mübadiləsi aparıblar. Fransanın Ermənistandakı səfiri Olivier Dekottini yerli mətbuata müsahibəsində iki ölkə arasında hərbi-siyasi əməkdaşlığın bütün istiqamətlərinə toxunub. Diplomat Azərbaycanla-Ermənistan arasında sülh danışıqları ilə bağlı rəsmi Parisin mövqeyini açıqlayıb, habelə Avropa İttifaqı missiyasıının gələcək fəaliyyəti, Ermənistanın silahlandırılması mövzularına da toxunub. Dekottini İrəvanda yerli mətbuata müsahibəsində Avropa İttifaqının Ermənistandakı missiyasını genişləndirməyi planlaşdırdıqlarını bildirib. Qeyd edək ki, ötən gün Dekottini Fransa bayrağının dalğalandığı maşınlarda Aİ missiyası ilə birlikdə Azərbaycan tərəfinə boylanan şəxslər arasında olublar. Ümumiyyətlə, son günlər Aİ missiyasının şərti sərhədlərdə aktivliyi artıb. Politoloq Əli Oruclu "Sherg.az"a açıqlamasında deyib ki, son dövrlər Avropa İttifaqının "xüsusi missiya" üzvlərinin Ermənistan-Azərbaycan sərhədlərində aktiv müşahidələr aparması və intensiv "səfərləri" diqqət çəkməkdədir. Ekspert bildirib ki, həmin missiyanın fəaliyyət dairəsi başqa bir suveren, müstəqil dövlətin sərhəd boyu ərazisilərini nəzarət altında saxlamaq, müntəzəm izləmək yox, müharibədən yeni çıxmış Ermənistanla Azərbaycan arasında hər hansı bir insidentin qarşısını almaq, etimad mühiti yaratmaqdır: "Lakin "xüsusi missiya" razılaşmalardan kənara çıxaraq faktiki Azərbaycan sərhədlərində kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Xüsusən, Zəngəzur dəhlizi ərazilərinə yaxın bölgələrdə tez-tez görünmələri təsadüfi deyil. Görünür, avropalılar ermənidən daha çox erməni olmaq həvəsinə düşüblər. Ələlxüsus Fransa. Fransanın Ermənistandakı səfirinin qızışdırıcı bəyanatlar verməsi və yaxud təxribatları prosesləri nizamlamağa deyil, gərginləşdirməyə xidmət edir. Fransanın İrəvandakı səfirinin Ermənistan sərhədindən Azərbaycanı müşahidə etməsi diplomatik əlaqələr haqqında beynəlxalq konvensiyalara da ziddir. Bu təxribatdır. Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması deməkdir. Məncə, Azərbaycan sərt tədbirlər görərək bu sistemli təxribat cəhdinin qarşısını almalıdır. Ən azından Parisə rəsmi etiraz və xəbərdarlıq edilməlidir". Geri qayıt |